18 yaşadək basketbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatına hazırlıq məqsədi ilə Türkiyədə təlim-məşq toplanışındadır. Matc.az xəbər verir ki, U-18 İstanbul toplanışı çərçivəsində ilk yoxlama oyununu da keçirib.
 
Azərbaycan millisi Türkiyə Super Liqasında çıxış edən "Darruşafaka" klubunun U-18 komandasıyla qarşılaşıb. Basketbolçularımız parketdən 68-61 hesabı ilə qalib ayrılıb.
 
Komandamızın ən məhsuldar basketbolçusu 32 xalla Əli Həsənov seçilib. Səid İsmayılov isə oyunu 18 xal, 10 assist ilə tamamlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest