Kişi həndbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib. Matc.az xəbər verir ki, həndbolçularımız mayın 16-da bir araya gəliblər.
 
ölkə çempionatında göstərdiyi oyunla əsas komandaya layiq olduğunu sübut edən 18 həndbolçu baş məşqçi Nasser Salimi və məşqçi Eldar Fərəcovun rəhbərliyi ilə qarşıdakı beynəlxalq yarışlara hazırlaşacaq.
 
Bakıda keçirilən toplanışın əsas məqsədi hədbolçuların fiziki, texniki və taktiki keyfiyyətlərinin artırılması, komandanın qarşıdakı beynəlxaq yarışlar ərəfəsində hazır vəziyyətə gətirilməsidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest