"Azərbaycan çox gözəl ölkədir. Bu ölkə gəzməli-görməli yerləri və qonaqpərvər insanları ilə məni valeh edib". Matc.az xəbər verir ki, bu sözləri kişi həndbolçulardan ibarət yığma komandanın baş məşqçisi Nasser Salimi deyib.
 
O, federasiyanın mətbuat xidmətinə açıqlamasında milli komandadan da söz açıb:
 
"Milli komandada perspektivli oyunçular var. İnanıram ki, düzgün hazırlıq proqramı sayəsində onlarla uğurlu nəticələr qazanmaq olar. Əlbəttə, bu, müəyyən vaxt tələb edir. Fiziki və texniki hazırlığı yüksək səviyyəyə çatdıra bilsək, gələcəyə inamla baxmaq olar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest