Qadın həndbolçulardan ibarət Azərbaycan yığma komandasının hazırlığı davam edir. Matc.az xəbər verir ki, prosesə Bakıda təşkil olunan təlim-məşq toplanışı ilə start verən həndbolçularımız iyunun 16-dan Gürcüstandadırlar.
 
Komandamız baş məşqçi Slavisa Ristiçeviç və köməkçi məşqçi Fuad Yangildinin rəhbərliyi ilə Tiflisdə keçirilən hazırlıqda Gürcüstan millisi ilə iki yoxlama görüşünda qüvvəsini sınayıb.
 
İyunun 18-də keçirilən birinci qarşılaşma 28:17 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
 
İki gün sonra təşkil olunan növbəti görüş də Azərbaycan təmsilçisinin üstünlüyü ilə yekunlaşıb - 26:16.
 
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına iyunun 24-da yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest