14 Oktyabr 2018, 11:11
PARİS-2024
Millətlər Liqasının III turu Almaniya millisi üçün antirekordla əlamətdar olub. Matç.az saytı xəbər verir ki, Hollandiyaya 0:3 hesabı ilə uduzan Bundestim tarixində ilk dəfə üç oyunluq qol həsrəti yaşayır.
Dç-2018-in qrupunda Cənubi Koreyaya 0:2 hesabı ilə uduzan, Millətlər Liqasına Fransa ilə qolsuz heç-heçə ilə başlayan Yoahim Lövün yetirmələri bu uğursuz seriyanı davam etdirib.
Hollandiya isə 16 ildən sonra Almaniyanı məğlub edib. "Narıncılar" sonuncu dəfə 2002-ci ildə Bundestimi yenmişdi.
Lakin bu dəfəki qələbə ilklə əlamətdar olub. Hollandiya 40-cı dəfə qarşılaşdığı Almaniyanı heç vaxt böyük hesabla uda bilməmişdi.