Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatının təsnifat mərhələsinə hazırlığın növbəti mərhələsi üçün bu gün Mingəçevirə yola düşüb. Matc.az xəbər verir ki, komandanın təlim-məşq toplanışı "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam etdiriləcək.
 
Baş məşqçi Eldar Yusubov, köməkçiləri Vüqar Əliyev və Emin Əbilovun rəhbərliyi altında buradakı hazırlıq iyulun 5-də başa çatacaq. Mingəçevirdəki məşqlərdə 15 voleybolçu iştirak edəcək.  
 
Milli Aç-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. İslam Həmrəyliyi Oyunlarında isə komandamızın rəqibləri hələlik məlum deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest