Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan İsrailin "Makkabi" (Təl-Əviv) klubu futbolçusu Tal Ben Haim ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
32 yaşlı hücumçunun başa çatan müqaviləsi yenilənməyib. O, peşəkar karyerasına başladığı ilk klubuna – Petah Tıkva "Makkabi"sinə qayıdıb. Tal Ben Haim 2013-2017-ci illərdə də Təl-Əviv "Makkabi"sinin formasını geyinib. Təcrübəli oyunçu 2020-ci ildə yenidən bu komandaya qayıtmışdı. İsrailli forvard Tel-Əviv klubu ilə 6 titul qazanıb. Ben Haim bu müddətdə 255 oyuna çıxıb və 56 qol vurub.
 
"Zirə"nin "Makkabi"yə qarşı ilk oyunu iyulun 21-də Bakıda, cavab görüşü iyulun 28-də Təl-Əvivdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest