İyulun 9-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə "Əziz Şuşa" adlı beynəlxalq velosiped yarışı start götürəcək. Matc.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, turnir iki gün davam edəcək.
 
Yarış Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən, "Şuşa ili" çərçivəsində təşkil olunacaq.
 
10-dək ölkənin velosipedçilərinin mübarizə aparacağı turnir iki mərhələdən ibarətdir. İyulun 9-da keçiriləcək birinci mərhələ Bakı şəhərinin Pirallahı rayonunda, "Nərəkənd" parkının yaxınlığında baş tutacaq. Bu raundda velosipedçilər 21 km məsafədə fərdi ötüşmə növündə mübarizə aparacaqlar.
 
İyulun 10-da keçiriləcək ikinci mərhələ isə Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki "Qarabağ" otelinin qarşısına qədər davam edəcək. İdmançılar sonuncu gündə 71 km məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest