Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisinin toppaylayıcısı Tural Həsənli komandanın toplanışını dəyərləndirib, qarşıdakı yarışlarla bağlı gözləntilərini açıqlayıb. Matc.az xəbər verir ki, o, federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
 
"Aç-2023-ün təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığımız davam edir. Komandamızda əhval-ruhiyyə yüksəkdir. Bir neçə gündən sonra Belarusa yola düşəcəyik. Orada məşqləri davam etdirəcək və yerli yığma ilə bir neçə yoxlama matçı keçirəcəyik. Yoxlama oyunları zamanı çatışmazlıqları daha aydın görəcək və onları aradan qaldırmağa çalışacağıq.
 
Avqustun 3-də Bakıda ilk rəsmi matçımıza çıxacağıq. Aç-2023-ün təsnifat mərhələsində və İslamiadada qələbələr qazanmaq istəyirik. İnanıram ki, məşqçi heyətimizin köməyi və azarkeşlərimizin dəstəyi ilə biz hər iki yarışda uğurlu çıxış edəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest