Moskva MOİK-nin yetirməsi Murad Ağayevin ilk peşəkar komandası "Sumqayıt" olub. "Kimyaçılar"dan sonra müvafiq olaraq AZAL, yenidən "Sumqayıt", həmçinin "Neftçi" və "Səbail"in formasını geyinən futbolçu sonuncu komandadan ötən ilin yayında ayrılıb.

Azərbaycan yığmasının sabiq futbolçusu Murad Ağayev legioner həyatı yaşamağa hazırlaşır. Matc.az saytının əldə etdiyi məlumata görə, 26 yaşlı dayaq yarımmüdafiəçisi Moldovaya yollanıb.

Rusiya futbol məktəbinin yetirməsi "Sfıntul George" klubunun düşərgəsindədi. Ağayev elita təmsilçisinin heyətində bir neçə gün baxışdan keçəcək. Təlim-məşq toplanışında olan Suruçenı təmsilçisinin baş məşqçisi Sergey çebotari yığmamızın sabiq üzvünü bəyənərsə, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, Moskva MOİK-nin yetirməsi Murad Ağayevin ilk peşəkar komandası "Sumqayıt" olub. "Kimyaçılar"dan sonra müvafiq olaraq AZAL, yenidən "Sumqayıt", həmçinin "Neftçi" və "Səbail"in formasını geyinən futbolçu sonuncu komandadan ötən ilin yayında ayrılıb və həmin vaxtdan bəri işsizdi. Ağayev Azərbaycan millisinin heyətində 1 oyun keçirib. Belə ki, o, 2012-ci ilin fevral ayında Sinqapurla yoldaşlıq görüşündə (2:2) 45 dəqiqə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest