Aç-2023-ün təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışının növbəti mərhələsi üçün bu gün Belarusa yollanıb. Matc.az xəbər verir ki, milli komanda iyulun 16-dək Minskdə hazırlıq keçəcək.
 
Voleybolçular burada təlim-məşq toplanışı ilə yanaşı, yerli kollektivlə yoldaşlıq görüşlərində qüvvəsini də sınayacaq.
 
Minsk hazırlığından sonra Belarus yığması Bakıya səfər edəcək. 2 komandanın paytaxtda birgə məşqi və bir neçə yoxlama matçı nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest