"Turan Tovuz" daha bir legioner futbolçu transfer etməyə hazırlaşır. Matc.az xəbər verir ki, Tovuz təmsilçisi son olaraq "Şamaxı"da çıxış edən Natan Oduva ilə danışıq aparır.
 
Tərəflər arasında ilkin razılıq əldə olunub. İngiltərə doğumlu nigeriyalı vinger böyük ehtimalla yeni mövsümə "Turan Tovuz"da başlayacaq.
 
Xatırladaq ki, Oduva bu ilin fevralında "Şamaxı"ya transfer olunmuşdu. "Tottenhem"in yetirməsi olan futbolçu karyerası ərzində "Luton Taun", "Reyncers", "Kolçester Yunayted", "Peterboro Yunayted", "Olimpiya" (Lyublyana), "Velye", "Hapoel" (Hadera), "Dandalk" kimi klublarda da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest