"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Türkiyədəki təlim-məşq toplanışında yerli "Sivasspor"a 0:1 hesabı ilə uduzduqları yoxlama oyunu barədə fikirlərini bildirib.

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Türkiyədəki təlim-məşq toplanışında yerli "Sivasspor"a 0:1 hesabı ilə uduzduqları yoxlama oyunu barədə fikirlərini bildirib. Matc.az xəbər verir ki, 47 yaşlı mütəxəssis oyundan razı qaldığını deyib:
 
"Nəticə məni qane etməsə də, oyundan razı qaldım. Bu gün bəzi epizodları sağa-sola xərclədik.
 
Hər oyunda həm A, həm də B sistemi olur. Hər iki sistemə hazır olmalıyıq. Yoxlama görüşlərində təzyiq olmadığı üçün bütün səhvləri görə bilirik".
 
"Neftçi" Boludakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edib. "Ağ-qaralar" hazırlıq prosesində daha bir oyun keçirməyi planlaşdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest