"ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan həndbolu Avropada öz sözünü deyəcək". Matc.az xəbər verir ki, bu sözləri həndbol üzrə yığma komandanın baş məşqçisi Nasser Salimi deyib.
 
Baş məşqçi Konyada keçiriləcək İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarında çıxış edəcək komandanın hazırlığını yüksək qiymətləndirib:
 
"Azərbaycan millisi sürətlə inkişaf edir. Bütün istiqamətlər üzrə - həm fiziki, həm taktiki, həm də texniki hazırlığı artırmaq üçün məşq edirik. İslamiadadakı rəqiblərimiz güclü olsa da, onlara qarşı layiqli çıxış etməyə çalışacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest