İspaniyanın "Barselona" klubu fransalı yarımmüdafiəçisi Usman Dembele ilə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı vingerin klubla yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.
 
Fransa milli komandasının üzvü olan Dembele 2017-ci ildən "Barselona"da çıxış edir. O, Kataloniya təmsilçisinin heyətində bütövlükdə 150 matça çıxıb, 32 qola imza atıb.
 
"Barselona" heyətinə yeni futbolçu da cəlb edib. Kataloniya təmsilçisi İngiltərənin "Lids" klubundan Rafinyanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliyalı vinger tibbi müayinədən keçdikdən sonra 5 illik rəsmi müqaviləyə imza atacaq. İspaniya klubu bu transfer üçün İngiltərə təmsilçisinə 58 milyon avro ödəyib. 
 
Yeri gəlmişkən, Rafinyanı satan "Lids" də ABŞ yığmasının yarımmüdafiəçisi Tayler Adamsla güclənib. Almaniyanın "Leypsiq" klubundan transfer olunan 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. İngiltərə klubunun bu keçidə görə 17 milyon avro ödədiyi bildirilir.
 
"Barselona" öz futbolularından Fransisko Trinkaonu da icarəyə verib. 22 yaşlı yarımmüdafiəçi karyerasını "Sportinq"də davam etdirəcək. Onunla 1 illik müqavilə imzalanıb. Trinkao ötən mövsümü icarə əsasında "Vulverhempton"da keçirib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest