Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Fuad Ağayev çexiyada 17 yaşadək voleybolçu qızlar arasında keçiriləcək Avropa çempionatının final mərhələsinin oyunlarının referilərindən biri olacaq. Matc.az xəbər verir ki, iyulun 16-da start götürəcək yarışda niderlandlı, çexiyalı, türkiyəli, estoniyalı, ispaniyalı, bolqarıstanlı, yunanıstanlı, italiyalı, belçikalı, norveçli və kiprli ədalət təmsilçiləri də yer alacaq.
 
çexiyanın Hradec Kralove şəhərində təşkil olunacaq yarış iyulun 24-dək davam edəcək. Avropa çempionatında Bolqarıstan, Xorvatiya, çexiya, Almaniya, Serbiya, Niderland, Macarıstan, İtaliya, Polşa, Sloveniya, Türkiyə və Finlandiya yığmaları mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest