"Qəbələ"nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Fehervar" (Macarıstan) qapıçısı Adam Kovaçiki icarəyə verib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı qapıçı növbəti mövsümü "Dyor"da keçirəcək.
 
Macarıstan millisinin keçmiş üzvü 2015-ci ildən "Fehervar"ın formasını geyinir.
 
"Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü bir həftə sonra evdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest