Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun İsveçrənin "Qrasshopper" klubuna transferinin detalları müəyyənləşib.

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun İsveçrənin "Qrasshopper" klubuna transferinin detalları müəyyənləşib. Matc.az xəbər verir ki, İsveçrə klubu bu keçid müqabilində İngiltərə "Vulverhempton"una 315 min funt-sterlinq təzminat ödəyib.
 
Bu isə təxminən 636 min manat edir. Yığmamızın üzvü isveçrəlilərlə 2+1 illik müqavilə imzalayıb.
 
Xatırladaq ki, Renat Dadaşov 2020-ci ildə icarə əsasında "Qrasshopper"də çıxış edib. Lakin həmin vaxt ağır zədə səbəbindən o, bu komandada rəsmi oyuna çıxa bilməyib və İngiltərə klubunun düşərgəsinə qayıtmalı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest