Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sürix" matçına saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı cavab matçı isə iyulun 27-də keçiriləcək.

İsveçrənin "Sürix" komandasının futbolçusu Mirlind Kryeziu UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyundan əvvəl fikirlərini bölüşüb. Msport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Qarabağ"ın son iki oyununu izləmişik. Topla oynamağı sevirlər. Bu komandanın hücum potensialına bələdik. Təkcə topla oyuna üstünlük vermirlər, topsuz da olanda pressinq etməyi bacarırlar. Amma biz eyni zamanda "Qarabağ"ın zəif cəhətlərini görmüşük, analiz etmişik. Onlardan istifadə etməyə çalışacağıq".
 
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Sürix" matçına saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı cavab matçı isə iyulun 27-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest