14 Oktyabr 2018, 15:03
PARİS-2024
Azərbaycan millisi tarixində 86-cı ev oyununu keçirəcək. Matç.az saytı xəbər verir ki, yığmamız Millətlər Liqasının Malta ilə bugünkü görüşünədək öz meydanında 85 görüş keçirib.
Evdə 23 qələbəsi olan yığmamız 25 heç-heçə edib və 37 dəfə uduzub. Top fərqi qonaqların xeyrinədi – 75:102.
Komandamız 8-ci dəfə Bakı Olimpiya Stadionunda oynayacaq. Əvvəlki 7 oyunda 3 qələbə, 1 heç-heçə və 3 məğlubiyyəti olan komanda top fərqində üstündü – 8:7.
Bu, rəsmi xarakterli turnirlərdə - dünya və qitə çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 61-ci ev oyunudu. Əvvəlki 60 görüşdə 11 qələbə və 16 heç-heçəsi olan yığmamız 33 dəfə uduzub. 45 qol vuran futbolçularımız 85-ni buraxıb.