Dünən Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Fehervar"la səfər matçında zədələnən İlkin Qırtımovun vəziyyəti yaxşıdır. Matc.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb

Dünən Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Fehervar"la səfər matçında zədələnən İlkin Qırtımovun vəziyyəti yaxşıdır. Matc.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, təcrübəli futbolçu komandayla vətənə qayıdır.
 
Xatırladaq ki, Qırtımov ötən gün Macarıstanda baş tutan "Fehervar"la matçın 34-cü dəqiqəsində ağır zədə almışdı. Rəqib oyunçu ilə toqquşmadan sonra 32 yaşlı müdafiəçinin dili qatlanmışdı. Ona ilk yardımı komanda yoldaşı Asif Məmmədov göstərib. "Qırmızı-qaralar"ın kapitanı dərhal müdaxilə edərək, Qırtımovun həyatını xilas edib. Həkimlərin də təxminən 5-6 dəqiqəlik yarımından sonra futbolçu meydançanı xərəkdə tərk edib və xəstəxanaya yerləşdirilib.
 
"Qəbələ" "Fehervar"a ilk oyunda 1:4 hesabı ilə məğlub olub. Cavab qarşılaşması iyulun 28-də Qəbələdə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest