Gürcüstan təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün qonşu ölkədə ilk yoxlama oyununa çıxıb

Gürcüstan təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün qonşu ölkədə ilk yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov yetirmələrini "Merani" (Tiflis) komandası ilə görüşdə sınaqdan keçirib.
 
Bakı vaxtı ilə saat 17:00-da başlamış qarşılaşmanın yekununda Tovuz klubu 3:1 hesablı qələbəyə sevinib. Azərbaycan təmsilçisinin heyətində İmeda Aşortiya və Ayxan Hüseynov fərqlənib, daha bir qolu isə rəqib futbolçu öz qapılarından keçirib.
 
Ayxan Abbasov bu oyunda hər hissədə ayrı-ayrı 11-liyi meydana buraxıb:
 
Birinci hissə üçün start heyəti: Kamal Bayramov, Eltun Turabov, Şəhriyar Əliyev, Tərlan Quliyev, Ehtiram Şahverdiyev, Piruzi Marakvelidze, Turan Vəlizadə, Şakir Seyidov, Xəyal Nəcəfov, İmeda Aşortiya, Famil Camalov.
 
İkinci hissə üçün heyət: Mehman Hacıyev, Sadiq Quliyev, Səbail Bağırov, Nazim Həsənzadə, Vüsal Məsimov, Akif Tağıyev, Veysəl Rzayev, Abbas Ağazadə, Cavid Tağıyev, Ayxan Hüseynov, Sadiq Şəfiyev.
 
"Turan Tovuz" Gürcüstandakı toplanış çərçivəsində daha iki yoxlama oyunu keçirəcək. İyulun 27-də Tiflis "Dinamo"su ilə qarşılaşacaq tovuzlular, ayın 29-da da "Qaqra" ilə üz-üzə gələcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest