Futbol üzrə İsveçrə çempionatında 2-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Sürix" də bu gün milli çempionatda növbəti matçına çıxıb.

Futbol üzrə İsveçrə çempionatında 2-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Sürix" də bu gün milli çempionatda növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Lutsern"lə qarşılaşıb. Tərəflər bu oyundan qolsuz ayrılıblar – 0:0.
 
İlk turda səfərdə "Yanq Boyz"a 0:4 hesabıyla uduzmuş "Sürix", 2 turdan sonra 1 xalla 7-ci pillədə qərarlaşıb.
 
"Qarabağ" "Sürix"ə Bakıda keçirilmiş ilk oyunda 3:2 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı cavab görüşü iyulun 28-də İsveçrədə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest