"İngiltərə, Almaniya və İspaniya kimi rəqabətli liqaları sevirəm. Amma düşünürəm ki, İtaliya çempionatına çox yaxşı uyğunlaşa bilərəm, çünki sürətli mərkəz müdafiəçisiyəm. 4 və ya 3-lü müdafiə sistemində oynamağa öyrəşmişəm". Matc.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kevin Medina İtaliyanın TMW nəşrinə açıqlamasında deyib.
 
29 yaşlı oyunçu bəzi klubların onunla maraqlanmasından xəbərdar olduğunu bildirib: "Qarabağ"da xoşbəxtəm, lakin gələcəkdə nə olacağını heç vaxt bilmirik. Gözləməliyik, amma daha böyük liqalarda həyata keçirmək istədiyim arzularım var".
 
Medina cari mövsümkü hədəflərindən də söz açıb: "Komandanın UEFA çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına kömək etmək istəyirəm. ümid edirəm ki, Kolumbiya millisində oynamaq arzumu da gerçəkləşdirəcəyəm".
 
Kevin Medina 2020-ci ildən "köhlən atlar"ın formasını geyinir. Azərbaycan təmsilçisi iyulun 27-də çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında İsveçrədə "Sürix"in qonağı olacaq. Bakıdakı ilk görüşdə "Qarabağ" 3:2 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest