"Sürix"in futbolçusu Blerim Cemaili İsveçrədə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununu buraxa bilər. Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Franko Foda bildirib.
 
56 yaşlı mütəxəssis Cemaylinin "Lutsern"lə qolsuz heç-heçə etdikləri İsveçrə çempionatının 2-ci tur oyunundan sonra əzələsində problem aşkarlandığını söyləyib.
 
Foda 36 yaşlı yarımmüdafiəçinin durumunun tibbi müayinədən sonra bəlli olacağını deyib.
 
İyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest