"Neftçi"nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Avstriyanın "Rapid" (Vyana) komandasına qarşı keçirəcəyi ilk oyunun vaxtı müəyyənləşib

"Neftçi"nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Avstriyanın "Rapid" (Vyana) komandasına qarşı keçirəcəyi ilk oyunun vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, bu komandalar arasındakı ilk qarşılaşma avqustun 4-də Bakıda baş tutacaq.
 
"Bakcell Arena"da keçiriləcək bu oyuna saat 21:00-da start veriləcək. Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
 
Tərəflər arasındakı cavab görüşü isə bir həftə sonra Vyanada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest