+91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev bu dəfə serbiyalı Vladan Babiçdən güclü olub. Təmsilçimiz rəqibini 4:1 (30:27, 30:27, 30:27, 28:29, 30:27) hesabı ilə məğlub edib. O, 1/2 finalda amerikalı Riçard Torreslə üz-üzə gələcək.

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi "Strandja" turnirində 1/4 final mərhələsi başa çatıb. Matc.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 43 ölkədən 360 idmançının qatıldığı yarışda Azərbaycan millisinin 2 üzvü yarımfinala vəsiqə əldə edib.

+91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev bu dəfə serbiyalı Vladan Babiçdən güclü olub. Təmsilçimiz rəqibini 4:1 (30:27, 30:27, 30:27, 28:29, 30:27) hesabı ilə məğlub edib. O, 1/2 finalda amerikalı Riçard Torreslə üz-üzə gələcək.

Abdullayevlə yanaşı, Aynur Rzayeva (75 kq) da yarımfinala yüksəlməklə özü üçün bürünc medalı təmin edib. Xanım boksçumuz 1/4 finalda italiyalı Cessika Qalizyadan üstün olub – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 30:26). Rzayeva da yarımfinalda ABŞ təmsilçisi ilə qüvvəsini sınayacaq. Onun rəqibi Naomi Qraham olacaq.

Bu iki boksçudan fərqli, Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) və Anaxanım Ağayeva (51 kq) medalın 1 addımlığında büdrəyiblər. Onlar 1/4 finalda müvafiq olaraq, Səid Mortaji (Mərakeş), Serhat Gülər (Türkiyə), Uke Smajli (İsveçrə) və İriş Maqnoya (Filippin) uduzublar.

Qeyd edək ki, yarımfinal mərhələsinin döyüşləri bu gün olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest