"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo klubdan ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Matc.az xəbər verir ki, Ronaldo azarkeş hesablarından birində paylaşımın altına şərh yazıb:
 
"Mənim haqqımda heç olmasa, bir gün danışmamaq mümkün deyil. çünki əks halda, media qazana bilməyəcək. Bilirsən, yalan danışmasan, insanların diqqətini çəkə bilməzsən. Davam et. Bəlkə, bir gün doğru xəbəri dərc edəcəksən" – deyə, Ronaldo yazıb.
 
İyulun 28-də 37 yaşlı futbolçu MY rəhbərliyinə müqaviləyə xitam vermək istədiyini bildirib. İyulun 29-da isə onun agenti Jorje Mendeşin hücumçunun "Sportinq"ə transferini müzakirə etdiyi barədə məlumat yayılıb.
 
Ronaldo ötən mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 39 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest