İspaniyanın "Barselona" və "Real" komandaları ABŞ toplanışı çərçivəsində yoxlama oyunu keçiriblər. Matc.az xəbər verir ki, "Barselona" MLS təmsilçisi "Nyu-York Red Bullz"la qarşılaşıb.
 
Oyun İspaniya komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Kataloniyalıların heyətində Osman Dembele və Memfis Depay fərqlənib.
 
"Real" isə Kaliforniyadakı "Rouz Boul" stadionunda "Yuventus"la qarşılaşıb. Matç Karlo Ançelottinin baş məşqçisi olduğu komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Madridlilərin qollarını 19-cu dəqiqədə penaltidən dəqiq yararlanan Kərim Benzema və 69-cu dəqiqədə fərqlənən Marko Asensio vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest