Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyadakı təlim-məşq toplanışını başa vurub. Matc.az xəbər verir ki, iyulun 18-dən Mariborda hazırlıq keçən Eldar Yusubovun rəhbərlik etdiyi komanda bu gün Bakıya qayıdıb.
 
Millimiz səfər çərçivəsində yerli yığma ilə də iki yoxlama matçı keçirib. Sloveniya millisi ilə keçirilən hər iki görüş voleybolçularımızın xeyrinə yekunlaşıb.
 
İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatının təsnifat mərhələsinə hazırlaşan yığmamız plana uyğun olaraq hazırlığın son mərhələsini Bakıda davam etdirəcək. 
 
Avqustun 8-16-da Konya şəhərində baş tutacaq İslamiadaya komandamız avqustun 5-də yola düşəcək. Yarışda millimiz B qrupunda Əfqanıstan, Seneqal və Kamerun yığmaları ilə üz-üzə gələcək.
 
Millimiz Aç-2023-ün təsnifat mərhələsində isə ilk rəsmi matçını avqustun 20-də Bakıda Gürcüstan komandasına qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest