Futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turunda keçiriləcək "Qarabağ" – "Səbail" qarşılaşmasının biletləri sabah - avqustun 6-da satışa çıxarılacaq. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Bilet satışı saat 11:00-dan oyun başlayanadək davam edəcək.
 
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
 
Biletləri Iticket.az-dan və "Azersun Arena"nın kassalarından ala bilərsiniz.
 
Qapıların azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacağı diqqətə çatdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest