 
 
	"Qəbələ" Misli Premyer Liqasının 2022/23 mövsümünə avqustun 8-də start verəcək. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" 1-ci turun son görüşündə "Turan Tovuz"la qarşılaşacaq.
	Baş məşqçi Elmar Baxşıyevin yetirmələri oyunun hazırlığını bugünkü məşqlə başa vurub. Komanda sabah matçın keçiriləcəyi Tovuza yola düşəcək. "Qırmızı-qaralar" son məşqlərini Tovuz şəhər stadionunda gerçəkləşdirəcək. 
	Xatırladaq ki, avqustun 8-də baş tutacaq qarşılaşmaya saat 17:00-da start veriləcək.
				
         	
                                             
               
 
             
 















