Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Türkiyənin Konya şəhərində təşkil olunmuş İslam Həmrəyliyi Oyunlarındakı ilk görüşdə Seneqal üzərində qazandıqları qələbəni (3:0) şərh edib. Matc.az xəbər verir ki, o, federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
 
"İslamiadaya qələbə ilə başlamağımız bizim üçün əla motivasiya oldu. İki aydan çox idi ki, bu yarışa və Aç-2023-ün təsnifat mərhələsinə hazırlaşırdıq. Yüksək səviyyədə keçən təlim-məşq toplanışlarından sonra bu gün Seneqal üzərində qazandığımız matç münasibəti ilə komanda yoldaşlarımı və azarkeşlərimizi təbrik edirəm. İnanıram ki, uğurlu çıxışımızı davam etdirəcəyik və İslam Həmrəyliyi Oyunlarından Vətənə qızıl medalla dönəcəyik. 
Həm voleybolçularımıza, həm də bu yarışda mübarizə aparan Azərbaycan komandasına uğurlar arzulayıram.
 
Sabah keçiriləcək İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Azərbaycan millisinin bayraqdarlarından biri də mənəm. Mötəbər yarışda mənə bu etimadı göstərmək çox qürurvericidir. Bayraqdar seçilməyim yarışdakı məsuliyyətimi daha da artırdı. Bayrağımız hər zaman yüksəklərdə dalğalanmalıdır. Mən də bir idmançı kimi çalışacağam ki, bu yarışda qalib gələrək üçrəngli bayrağımızı qalib kimi də ucaldım".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest