Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəylik Oyunlarında Azərbaycanın qadın voleybolu üzrə milli komandası B qrupundakı ikinci oyununda qələbə qazanıb. Matc.az xəbər verir ki, Azərbaycan millisi Əfqanıstan üzərində çətinlik çəkmədən qalib gəlib – 3:0 (25:4; 25:11; 25:4).
 
Azərbaycan daha əvvəl Seneqaldan üstün olmuşdu – 3:0 (25:7; 25:6; 25:10).
 
Azərbaycanın voleybol millisi avqustun 12-də B qrupunda sonuncu oyununu Kameruna qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest