Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəylik Oyunlarında Azərbaycanın kişi həndbolçulardan ibarət komandası ilk oyununa çıxıb. Matc.az xəbər verir ki, Azərbaycan millisi B qrupu çərçivəsində meydan sahibi Türkiyə yığması ilə qarşılaşıb.
 
Komandamız bu oyunda 19:29 hesabı ilə uduzub. Bu nəticədən sonra Azərbaycan millisi 3 komandanın yarışdığı qrupda sonuncu pilləyə düşüb.
 
Azərbaycan yığması qrupun son görüşündə avqustun 12-də Türkiyəyə 26:20 hesabı ilə qalib gəlmiş İranla qarşılaşacaq. Milli komandanın yarımfinala vəsiqə qazanması üçün mümkün qədər fərqli hesabla qalib gəlməsi lazımdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest