"Neftçi"nin müdafiəçisi Azər Salahlı zədələnib. Matc.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Avstriyada "Rapid"ə qarşı keçirdikləri cavab oyununda sıradan çıxıb.
 
Salahlının əvəzində 20-ci dəqiqədə meydana Mert çelik daxil olub.
 
Hələlik bu görüşdə hesab açılmayıb. Bakıdakı ilk matçda "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest