Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında mübarizəni dayandırıb. Matc.az xəbər verir ki, yığmamız B qrupunun son oyununda İran seçməsi ilə qarşılaşıb.
 
Konya Səlçuklu Bələdiyyəsi Beynəlxalq İdman Zalında keçirilən görüş rəqibin 42:20 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Bu nəticədən sonra qrupda qalan Azərbaycan millisi İslamiada ilə vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest