13 Avqust 2022, 16:38
TOP OYUNLARI
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin toppaylayıcısı Şəfaqət Alışanova İslam Həmrəliyi Oyunlarındakı çıxışlarını dəyərləndirib. Matc.az xəbər verir ki, o, federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
"İslamiadada B qrupunda mübarizəyə başladıq. Qrupda üç görüş keçirdik. İlk iki matçda rahat qələbə qazandıq. Sonuncu görüşümüz Kamerun yığmasına qarşı oldu. Birinci setdə öz səhvlərimizə görə məğlub olduq. Buna baxmayaraq sonra hissələri qazanaraq matçın qalibi ola bildik və qrup lideri kimi növbəti mərhələyə yüksəldik.
Sabah yarımfinalda İran yığması ilə qarşılaşacağıq. Hədəfimiz vətənə qızıl medalla dönməkdir. çalışmalıyıq ki, qarşıdakı görüşlərdə daha yaxşı oyun göstərək. İnanıram ki, bu yarışda qalib gələrək 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarındakı qələbəni təkrarlayacağıq".