Milli komanda bürünc medal uğrunda qarşılaşmada Türkiyə - Kamerun cütünün məğlubu ilə üz-üzə gələcək.

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında yarımfinal oyununu keçirib. Matc.az xəbər verir ki, yığma finala gedən yolda İran seçməsi ilə qarşılaşıb.
 
Rəqibinə 1:3 (18:25, 25:18, 16:25, 22:25) hesabı ilə uduzan Azərbaycan finala adlaya bilməyib.
 
Milli komanda bürünc medal uğrunda qarşılaşmada Türkiyə - Kamerun cütünün məğlubu ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest