14 Avqust 2022, 18:00
TOP OYUNLARI
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb. Matc.az xəbər verir ki, həlledici oyunda rəqib Türkiyə yığması olub.
Görüş yerli komandanın qələbəsi ilə yekunlaşıb – 30:24.
Beləliklə, Azərbaycan millisi 2017-ci ildə Bakıda keçirilmiş İslamiadanın qalibi titulunu qoruya bilməyib və gümüş medalla kifayətlənməli olub. Həmin vaxt finalda 26:28 hesabı ilə yenilmiş Türkiyə yığması bu dəfə məğlubiyyətin əvəzini çıxmağı bacarıb.
Kamerun millisi isə Bakı-2017-də olduğu kimi, yenə 3-cü yer uğrunda görüşdə özbəkistana qalib gələrək, bürünc medala yiyələnib. 5 il öncəkindən fərqli olaraq, bu dəfə 35:27 yox, 40:27 hesabı qeydə alınıb.