"Əlbəttə ki, meydana ancaq qələbə üçün çıxmışdıq. Rəqibi analiz etmişdik və onlara uyğun taktika seçmişdik". Matç.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Maksim Medvedev deyib.

O, yığmamızın Millətlər Liqasının IV turunun Malta ilə oyunundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb: "ümumi götürsək, pis alınmırdı. Sadəcə son zərbə çatışmadı. Yaxşı vəziyyətlər əldə etdik, amma futbolda hər şey olur. Bu gün iki xal itirdik. İşimiz çətindi, amma riyazi hesabla şansımız qalır. Gələn ay iki oyunumuz var, onlardan maksimum yararlanmalıyıq ki, hədəfimizə çataq.

- Digər oyunda Kosovonun xal itirməsi daha da kədərləndirmədi sizi?

- Xeyr. Hər şey öz yerində qaldı. çalışacağıq ki, gələn ay Farer adaları qarşısında mütləq qələbə qazanaq, sonra isə Kosovo ilə finala bərabər görüşə çıxaq.

- Bu gün nə çatışmadı? Ustalıq, ya bəxt?

- Hər ikisi. Elə vəziyyətlər var idi ki, orda ustalıq lazım deyildi. Vururduq, qapıya düşə bilmirdik. Təcrübəli oyunçularımız var, o qədər qol imkanlarından yararlana bilmədik. Təəssüf ki, iki xal itirdik.

- Matça sağ cinahda başlasan da, ikinci hissədə mərkəzə keçdin. Bu dəyişikliyi necə dəyərləndirirsən?

- Bu sualı baş məşqçiyə versəniz, daha yaxşı olar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest