Azərbaycanın kişi basketbolçulardan ibarət 3x3 komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib. Matc.az xəbər verir ki, yığmamız 1/4 finalda İordaniya seçməsi ilə qarşılaşıb.
 
Əlavə vaxta gedən görüşdə 20:18 hesabı ilə qalib gələn komandamız adını növbəti mərhələyə yazdırıb. Millinin finala gedən yolda rəqibi İran kollektivi olacaq.
 
Bu gün Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 komandası da yarımfinalda özbəkistanla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest