Azərbaycanın kişi basketbolçulardan ibarət 3x3 millisi Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. Matc.az xəbər verir ki, komandamız yarımfinalda İran seçməsi ilə üz-üzə gəlib.
 
Qarşılaşma Azərbaycan yığmasının 21:17 hesablı qələbəsi ilə bitib.
 
Finaldakı rəqib Seneqal kollektivi olacaq. Həlledici görüşə Bakı vaxtı ilə saat 21:35-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest