Futbol üzrə İsveçrə kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" də ölkə kubokunda ilk matçına çıxıb.
 
Sözügedən komanda səfərdə aşağı liqa təmsilçisi "Vettsvil-Bonştetten"lə qarşılaşıb. 4:0 hesablı qələbəyə sevinən "Qrasshopper" növbəti mərhələyə adlayıb.
 
Renat bu görüşün iştirakçısı olmayıb. Koronavirusdan yenicə sağalmış hücumçunun adı bu oyunun iştirak ərizəsinə də daxil edilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest