"Barselona", PSJ, "İnter", "Arsenal" və "Yuventus" da daxil olmaqla 20 klub maliyyə feyr-pleyi qaydalarını pozmaqda şübhəli bilinir. Matc.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən mövsüm qaydaları pozan 10 kluba qarşı UEFA-nın gələn ay sanksiyalar tətbiq etməsi gözlənilir.
 
Siyahıya "Barselona", PSJ, "Yuventus", "İnter" və "Roma" da daxildir. Könüllü razılaşma çərçivəsində PSJ və "Marsel" cərimələnəcək, "İnter"lə "Roma" isə cərimə və transfer məhdudiyyəti ilə cəzalandırılacaq.
 
"Barselona" və "Yuventus" maliyyə feyr-pleyi ilə bağlı UEFA ilə danışıqlardan imtina edib.
 
ümumilikdə 20-yə yaxın klub şübhə altındadır. Amma hələlik bütün klublar UEFA-ya hesabat təqdim etməyib. Bu səbəbdən, onların vəziyyəti dəyişə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest