"Məncə, çox yaxşı oynadıq. İmkanlarımız da oldu". Matç.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov deyib.
Millətlər Liqasının Malta ilə Bakıdakı oyunundan (1:1) sonra hücumçu jurnalistlərin suallarını cavablandırıb: "Amma bəxtimiz gətirmədi. Rəqibin bir epizodu oldu və ondan yararlandı. Daha sonra bərabərliyi əldə etdik. Ondan sonra da qol vəziyyətələrimiz oldu, amma qol vura bilmədik. Top sanki qapıdan keçmək istəmirdi".
- Mahir Mədətov oyundan çıxarkən azarkeşlər tərəfindən fitə basıldı. Bu barədə nə deyə bilərsiniz?
- Başa düşmədim, niyə belə etdilər? O, yaxşı oyunçudur, matçı da yaxşı keçirmişdi.
- Növbəti oyunlarda nəyə ümid edə bilərik? Qrupdan çıxmaq şansımız varmı?
- Əlbəttə, hələ ki, şanslarımız davam edir. Biz sübut etdik ki, yaxşı oynaya bilirik.
- üçillik fasilədən sonra milliyə yenidən dəvət aldın. Təəssüratların necədir?
- Doğrudur, uzun zaman sonra milliyə qayıtdım və iki oyun keçirdim. Düşünürəm ki, normal oynadım.
- 4 il əvvəl sizin də oynadığınız qarşılaşmada Maltaya qalib gəlmişdik. Bu gün isə alınmadı...
- Düşünürəm ki, 4 il öncəkidən daha yaxşı oynadıq, amma futboldur, alınmayanda alınmır.
- O vaxtkı komanda ilə indikini və ya baş məşqçiləri müqayisə edə bilərsən?
- Məşqçimiz çox yaxşı işləyir, biz də yaxşı futbol oynayırıq.