"Düşünürəm ki, bu, Qurban Qurbanovun millinin baş məşqçisi olduğu dövrdəki ən yaxşı oyunlarımızdan biri oldu". Matç.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Qara Qarayev deyib.

O, Millətlər Liqasının IV turunun Malta ilə Bakıdakı görüşündən (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb: "çoxlu sayda qol epizodu yaratdıq. 100 %-lik imkanlardan yararlana bilmədik. Rəqibin isə qapımız qarşısında bir epizodu oldu və fərqləndi. Fikrimcə, bu gün çox yaxşı oyun göstərdik. Bu tempi və oyunu digər matçlarda da göstərməliyik. Biz necə güclü komandalara qarşı müdafiə olunub xal əldə edə biliriksə, Malta yığması da bu gün onu edib 1 xal aldı. Oyunumuzu yaxşı dəyərləndirirəm. Amma əlbəttə, qələbə qazansaydıq, bu, daha yaxşı olardı".

- Növbəti oyunlarda qələbə qazanmaq mümkün olacaqmı?

- Milli komandaların oyunlarına klub oyunlarından daha ciddi hazırlaşırıq. Məqsədimiz rəqibləri məğlub edib maksimum xal qazanmaqdır. Bəzən yaxşı oynasaq da, bizdən asılı olmayan səbəblər üzündən istədiyimiz nəticəni qazana bilmirik. Növbəti ayın oyunlarında da əlimizdən gələni edib qələbə qazanmağa çalışacağıq.

- Düşünmürsünüz ki, xalq və jurnalistlər sizdən çox şey istəyirlər?

- Fikrimcə, bizdən nə qədər çox istəsəniz, o qədər yaxşı nəticə əldə etməyə çalışacağıq. Sizin bizdən yaxşı nəticə istəməyinizdə qəribə bir şey yoxdu.

- Cəbəllütariq millisinin Ermənistanı məğlub etməyi sizin üçün sürpriz oldumu?

- Yox, gözlənilməz deyildi. İndi bütün komandalar müdafiə olunub nəticə əldə edə bilir.

- Kosovonu səfərdə məğlub edə biləcəksiniz?

- Bu sözü vermək çətin məsələdir. Amma inanın ki, qarşıdakı 2 oyunda qələbə qazanmaq üçün nəyimiz varsa, qurban verməyə hazırıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest