İspaniyanın "Xetafe" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi "Real"dan hücumçu Xuanmi Latasanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
İspaniyalı forvard 2022/2023 mövsümünü icarə əsasında "Xetafe"də keçirəcək.
 
Xuanmi Latasa "Real"ın yetirməsidir. 21 yaşlı futbolçu "kral klubu"nun B komandasında çıxış edir. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest