Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası AÇ-2023-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, D qrupunda yer alan yığmamız bu gün Avstriyanı qəbul edib.

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Aç-2023-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, D qrupunda yer alan yığmamız bu gün Avstriyanı qəbul edib.
 
Bakıdakı Voleybol Mərkəzində təşkil olunan qarşılaşma Eldar Yusubovun baş məşqçi olduğu kollektivin inamlı qələbəsi ilə başa çatıb - 3:0.
 
İlk 3 turdan sonra Azərbaycanın 9 xalı var. Əvvəlki iki görüşdə Gürcüstan həm evdə, həm də səfərdə eyni hesabla məğlub edilib - 3:0.
 
Qeyd edək ki, qruplarda ilk 2 yerin sahibləri Aç-2023-ə vəsiqə qazanacaq.
 
Aç-2023-ün seçmə mərhələsi
D qrupu
28 avqust
 
Azərbaycan - Avstriya 3:0 (25:19, 25:19, 25:13)
Hakimlər: Meryem Tekol Pelenk (Türkiyə), Deyan Rogiç (Serbiya).
Bakı, Voleybol Mərkəzi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest