Futbol üzrə İngiltərə Premyer Liqasının oyunlarının Azərbaycanda yayımını həyata keçirən İctimai Televiziya (İTV) açıqlama yayıb. Matc.az xəbər verir ki, açıqlamada bunlar qeyd olunub:
 
"İctimai Televiziyanın efirində İngiltərə Premyer Liqasını izləyən tamaşaçıların nəzərinə!
 
Premyer Liqanın cari mövsümdən tətbiq olunan son tələb və göstərişlərinə əsasən, ölkə hüdudlarından kənara yayımın qarşısını almaq məqsədilə oyunların peyk üzərindən yayımında sərt məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Tələb olunan yeni şifrələmə sistemi texnoloji baxımdan Bakı Teleqüllə Kompleksi tərəfindən dəstəklənmədiyi üçün oyunların peyk üzərindən yayımı dayandırılıb.
 
Bu səbəbdən efirimizdə İngiltərə Premyer liqasının oyunlarını yalnız kabel televiziyaları, yerüstü yayım və İctimai Televiziyanın rəsmi saytı vasitəsilə izləmək mümkün olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest